Bayram günlərində 29 nəfər ölüb, 114 nəfər xəsarət alıb

Bayram günlərində 29 nəfər ölüb, 114 nəfər xəsarət alıb
  26 Mart 2013    Oxunub:1407
79 yol qəzası qeydə alınıb
Martın 25-də respublika yollarında baş vermiş yol-nəqliyyat hadisələrində 7 nəfər ölüb, daha 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Azərbaycanda 6 qeyri iş günündə (20, 21, 22, 23, 24, 25 mart )baş verən yol qəzalarında 36 nəfər dünyasını dəyişib.

Ən ağır qəzalar Ağcabədi və Kürdəmir rayonlarında qeydə alınıb. İki hadisə nəticəsində ümumilikdə 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Bundan öncəki 5 bayram günü ərzində, yəni, martın 20-dən 25-dək respublikanın avtomobil yollarında 79 yol qəzası qeydə alınıb ki, nəticədə 29 nəfər ölüb, 114 nəfər xəsarət alıb.

Məlumata görə, ölümlə nəticələnən qəzalar daha çox Bakı-Qazax magistralının Hacıqabul-Kürdəmir-Ucar hissəsində və Bakı-Şamaxı-Yevlax yolunda qeydə alınır.

AzVision.az



Teqlər:  





Xəbər lenti