Piyadalara şad xəbər

Piyadalara şad xəbər
  26 Mart 2013    Oxunub:1373
Ərazidə artıq bütün kommunikasiyalar köçürülüb.
Bakının mərkəzi prospektində yeni yerüstü piyada keçidinin tikintisinə başlanılıb.

Bu barədə Trend-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Mürsəliyev bildirib ki, Nərimanov rayonu Atatürk prospekti 47 ünvanında yeni yerüstü piyada keçidinin tikintisinə başlanılıb.

Onun sözlərinə görə, keçidin uzunluğu 84 metr, eni 4 metr, yerdən hündürlüyü isə 5,5 metr olacaq.

Mürsəliyev deyib ki, elektrik, rabitə və su xətlərinin yeri dəyişdirilib. Onun sözlərinə görə, tikinti işləri 2013-ü ilin yay aylarında başa çatdırılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti