Metrostansiyaya görə suyumuz kəsiləcək

Metrostansiyaya görə suyumuz kəsiləcək
  26 Mart 2013    Oxunub:1282
İçməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bakı şəhəri Nəsimi rayonu ərazisində yeni metro stansiyasiyasının tikintisi ilə əlaqədar A.Salamzadə və C.Məmmədquluzadə küçələrində kommunikasiya xətlərinin köçürülməsi işləri çərçivəsində ərazidən keçən 500 mm diametrli magistral su kəmərinin yeri dəyişdirilib və hazırda su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.

Bu barədə "Azərsu" ASC-dən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar martın 26-da gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bəzi yerlərinə - Azadlıq prospekti, T.Əliyev, Ş.Rəhimov, Atatürk, X.Şuşinski küçələrinə və 3-cü Alatava yaşayış sahəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti