Şimali Koreya ABŞ-ı vuracaq

 Şimali Koreya ABŞ-ı vuracaq
  26 Mart 2013    Oxunub:1733
Şimali Koreya ABŞ-a hücum məqsədilə xüsusi artilleriya da sifariş verib.
Bu gün, Şimali Koreya strateji və uzaq mənzilli raketlərinin döyüşə hazır vəziyyətə gətirilməsini əmr verib. Bu barədə “Koreya Ali Komandanlığı” bəyanat yayıb. Pxenyanın ilkin hədəfi ABŞ-ın Quam, Havay adalarındakı, eləcə də adları çəkilməyən ərazilərdəki hərbi bazalarıdır.

“Bu andan etibarən Koreya ordusu, bütün silahlı birləşmələr yaxın və uzaq mənzilli raketlər döyüşə hazır vəziyyətə gətiriləcək. Bütün silahlar hədəfə doğru yönəldiləcək. Hədəf isə ABŞ-ın hərbi bazalarıdır.”-deyə Şimali Koreyanın KCNA xəbər agentliyi məlumat yayıb.

Qeyd edək ki, Rəsmi Pxenyan ABŞ-ı və Cənubi Koreyanı nüvə hücumu ilə də hədələyib. ABŞ-ı Şimali Koreyaya qarşı müharibəyə hazırlaşmaqda günahlandıran Pxenyan, analoji qərarının Vaşınqtonun bu addımına cavab olduğunu bildirib.

Cənubi Koreya və Birləşmiş Ştatlar isə öz növbəsində aprel ayının sonuna kimi hərbi təlimlər keçirəcəklərini bildiriblər. Təlimlər çərçivəsində ABŞ-ın B-52 qırıcıları Şimal Koreya yarımadası üzərindən uçublar.

AzVision.az


Teqlər:





Xəbər lenti