Arif Paşayev daha bir ordenə layiq görüldü
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mühəndislik Akademiyasına Ukrayna Mühəndislik Akademiyasından təbrik məktubu daxil olub. Məktubda deyilir: “Biz Azərbaycan Mühəndislik Akademiyası ilə elmi və işgüzar əlaqələri daim genişləndirir və dərinləşdiririk. Biz istedadlı təşkilatçı, geniş təfəkkürə malik rəhbər, dünya şöhrətli alim, nəcib insan kimi akademik Arif Paşayevin xidmətlərini yüksək qiymətləndiririk.
Rəyasət heyətinin qərarı ilə Azərbaycan Mühəndislik Akademiyasının akademiki Arif Paşayev elm və texnikanın inkişafına, beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə böyük töhfələrinə görə Ukrayna Mühəndislik Akademiyasının ali mükafatı – “Mühəndislik Şöhrəti” ordeni ilə təltif edilib.
Eyni zamanda, bildiririk ki, Ukrayna Mühəndislik Akademiyasının ümumi yığıncağının qərarı ilə A.Paşayev onun həqiqi üzvü (akademiki) seçilib”.
Teqlər: