Kerridən Əfqanıstana sürpriz səfər

 Kerridən Əfqanıstana sürpriz səfər
  26 Mart 2013    Oxunub:1711
ABŞ-la Əfqanıstan arasında münasibətlərin gərginləşdiyi bir vaxtda, dövlət katibi Con Kerri gözlənilmədən Kabilə səfər edib.
Əfqanıstan prezidenti Həmid Kərzainin ABŞ-ı Talibanla əlbir olmaqda ittiham etməsindən sonra gerçəkləşən görüş gözlənildiyindən də konstruktiv keçib. Tərəflər 12 illik Əfqanıstan müharibəsində həmrəylik nümayiş etdirib. Həmid Kərzai deyib ki, mən heç vaxt, ABŞ-ın Talibanla əlbir olduğunu deməmişəm:

"Bu mənim sözüm deyil. Medianın ortaya çıxardığı bir yanaşmadır". Con Kerri isə bildirib ki, sadəcə Talibanı danışıqlar masasına əyləşdirmək istəyirik: "Əminəm ki, cənab prezident buna inanır". Kerrinin Əfqanıstana səfəri çərçivəsində ABŞ ordusu Bəhram aviabazasının nəzarətini Əfqan ordusuna təhvil verib.

Sözügedən bazada 3 mindən çox taliban üsyançısının saxlandığı məlumdur. Bu arada, Avstraliya hökuməti də bu ölkəyə məxsus ordu birləşmələrinin ilin sonuna qədər Əfqanıstanı tərk edəcəyi ilə bağlı bəyanat yayıb. Amma Con Kerrinin Əfqanıstan səfəri qansız ötüşməyib.

Dövlət katibinin Kabilə gəlməsinə etiraz edən taliban üsyançıları Cəlalabad şəhəridə ardıcıl terror aktları törədib. Silsilə parlayışlarda 6-sı polis olmaqla azı 11 nəfər həlak olub, 10-dan çox insanın yaralandığı bildirilir.


Teqlər:  





Xəbər lenti