Amerika alimləri süni ağciyər hazırlayıblar

Amerika alimləri süni ağciyər hazırlayıblar
  19 Fevral 2014    Oxunub:6020
Ağciyər laboratoriya şəraitində hazırlanıb.
Amerika alimləri orqan nəqlində inqilabi sayıla biləcək yenilik ediblər. Tədqiqatlar zamanı ölən uşaqların zədələnmiş və istifadəyə yararsız olan ağciylərindən istifadə olunub.

Alimlər orqanlardan birinin üzərində işləyərək yalnız üzərində toxuma birləşmələrini saxlamışdı. Sonradan digər ağciyər nümunələrindən isə ona hüceyrə materialları əlavə olunub. Daha sonra alınan nümunə qidalandırıcı mayedə həll ediblər.

Təxminən, bir aydan sonra alimlər hüceyrələrin cütləşdiyini və orqanın normal ölçüyə qədər bərpa olduğunu müşahidə ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti