“Baş nazirimiz axmaq və qorxaqdır”

 “Baş nazirimiz axmaq və qorxaqdır”
  27 Mart 2013    Oxunub:1424
İsrail baş naziri Benyamin Netanyahunun Türkiyədən üzr istəməsi hazırda Amerikada yaşayan israilli professor və yazıçı Stiven Plautu özündən çıxarıb.
Hayfa Universitetində rəhbər vəzifədə çalışan Plaut baş nazir Ərdoğana göndərdiyi məktubunda çox sərt ifadələrə yer verib.
Plaut, Netanyahunun üzrünün israillilərin fikrini əks etdirmədiyini bildirərək İsrail baş nazirini “qorxaq və axmaq” adlandırıb.

Professor baş nazir Ərdoğana xitabən yazdığı məktubda Mavi Marmara basqınını xatırladaraq “Mən də sizdən sadəcə 9 terrorçunu öldürdüyümüz və terrorçu gəmisini batırdığımız üçün üzr istəyirəm” sözlərinə yer verib.

Plaut Netanyahunun aciz, zəif və yəhudi tarixindən qopmuş bir lider olduğunu iddia edərək İsrail baş nazirinin Ərdoğandan üzr istəməsini tarixin ən utancverici faktı adlandırıb.



Teqlər:  





Xəbər lenti