“Ramiz Əzizbəyliyə kömək ediləcək” - AÇIQLAMA

“Ramiz Əzizbəyliyə kömək ediləcək” - AÇIQLAMA
  21 Fevral 2014    Oxunub:1096
“Ramiz müəllimlə bir gün görüşəcəyik”.
AzVision.az-a açıqlamasında bu sözləri C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.

“Biz “Azərbaycanfilm” olaraq, Ramiz müəllimə hər zaman dəstək olacağıq. Birinci gün də onunla görüşəcəyik, müzakirə edəcəyik. Digər təşkilatlarla birgə ona kömək edəcəyik”-deyə, M.Hətəmov qeyd edib.

Məlumat üçün bildirək ki, artıq Mədəniyyət və Turizm Nazirliyi də Ramiz Əzizbəyli ilə bağlı tapşırıq verib.
Qeyd edək ki, Xalq artisti, rejissor və aktyor Ramiz Əzizbəyli hazırda Tibb Universitetinin tədris terapiya şöbəsinin reanimasiyasısındadır. O, bir müddət idi ki, maddi çatışmazlıq səbəbindən xəstəxanaya yerləşdirilə bilmirdi.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti