Xarici işlər naziri istefa verdi

Xarici işlər naziri istefa verdi
  27 Mart 2013    Oxunub:1404
İtaliyanın xarici işlər naziri Julio Terzi istefa verib.
O, parlamentdə çıxışı zamanı bəyan edib ki, bundan sonra hökumətdə yer almaq istəmir. Onun belə addım atmasına səbəb bir neçə ay əvvəl Hindistanda həbs olunan, sonradan İtaliyaya gətirilən əsgərlərin yenidən bu ölkəyə qaytarılması olub. İtaliyalı hərbçilər hindistanlı balıqçıları dəniz quldurları hesab edərək, onları qətlə yetirmişdilər.

Hindistan hərbçiləri də buna cavab olaraq italiyalı əsgərləri həbs ediblər. Lakin rəsmi Romanın bütün cəhdlərinə baxmayaraq, Hindistan hökuməti italiyalı əsgərlərin azadlığa buraxılmasına razılıq verməyib. İtaliya hökuməti də seçkilərdə işirak etmək bəhanəsiylə əsgərləri ölkəsinə gətirərək geri qaytarmaqdan imtina edib.

Əvəzində Dehli İtaliyanın səfirinə Hindistanı tərk etməyi qadağan edib. Rəsmi Roma baş verənlərdən sonra hərbçiləri məcburən Hindistana geri göndərməli olub.


Teqlər:





Xəbər lenti