Sürücülərə bayram cəzası

Sürücülərə bayram cəzası
  27 Mart 2013    Oxunub:1326
Martın 20-dən 26-dək 7 gün ərzində 30 mindən çox sürücü inzibati məsuliyyətə cəlb edilib.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sürücülərin içərisində sürət həddini aşanlar üstünlük təşkil edib.

Sürət həddinin aşılmasına görə 9544 nəfər, sərxoş vəziyyətdə avtomobili idarə etməyə görə 221 nəfər, ötmə qaydalarını pozduğuna görə 182 nəfər, avtoxuliqanlıq hərəkətlərinə yol verdiyinə görə 5 nəfər barəsində inzibati protokol tərtib edilib.

Həmçinin, yol hərəkəti qaydalarını pozduğuna görə 1454 piyada inzibati məsuliyyətə cəlb edilib.


Teqlər:





Xəbər lenti