“Gülər Əhmədovaya necə icazə verilə bilər ki?”

“Gülər Əhmədovaya necə icazə verilə bilər ki?”
  27 Mart 2013    Oxunub:1435
Gülər Əhmədovanın aclıq aksiyasına başlaması xəbəri qətiyyətlə təkzib edilir.
Hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədova sabah vəkili Eldar Qədimi ilə görüşəcək. Bu barədə AzVision.az-a E. Qədimi özü məlumat verib.

Vəkil mətbuatda sabiq millət vəkilinin aclıq elan etməsi ilə bağlı xəbərlərin heç bir həqiqətə uyğun olmadığını vurğulayıb: “Axı o, həbsdədir. Oğlu ilə görüşməyə necə icazə istəyə və verilə bilər ki? Hələ bir buna görə də aclıq aksiyası keçirsin. Bunlar hamısı uydurmadı. Sabah görüşəndən sonra hər şeyi daha da dəqiqləşdirəcəyik”.

Xatırladaq ki, bir müddət əvvəl əsgərlikdə olan oğlu Toğrul Əhmədovun hospitala düşməsindən xəbər tutan Gülər Əhmədovanın təcridxana rəhbərliyinə dərhal müraciət edərək, oğlunu görmək istədiyi barədə xəbər yayılıb. Xəbərə əsasən, mövcud qaydaların buna izn vermədiyi əsas gətirilərək onun xahişi rədd edilib, buna etiraz olaraq da sabiq millət vəkili aclığa başlayıb.

Sevinc Fədai


Teqlər:  





Xəbər lenti