`Möhtəşəm Yüzyıl`ın 13 seriyası qalıb

`Möhtəşəm Yüzyıl`ın 13 seriyası qalıb
  22 Fevral 2014    Oxunub:1600
`Möhtəşəm Yüzyıl`ın final tarixi açıqlandı. Sultan Süleyman rolunu canlandıran Halit Ergenç serialın 13 bölüm sonra bitəcəyini deyib.
"Möhtəşəm Yüzyıl" serialının Sultan Süleymanı Halit Ergenç serialın final tarixini açıqlayıb. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, ekranların reytinq rekordları qıran serialı 13 həftədən sonra bitəcək.

Serialın baş rolunun ifaçısı Şahzadə Mustafanı edam etdirməsi səhnəsinin nəinki ölkədə, hətta kənarda belə böyük əks-səda oyatdığını deyib. Hətta "Möhtəşəm Yüzyıl" komandası və oyunçuları belə bu səhnə çəkilərkən çox təsirlənərək göz yaşlarını saxlaya bilməyiblər.

Ergenç isə böyük səs gətirən Şahzadə Mustafanın boğdurulma səhnəsi əsnasında ağlaması barədə yayılan məlumatları təkzib edib. "Ağlamadım. Amma səhnə həqiqətən təsir edici idi".


Teqlər:





Xəbər lenti