Avropa bizi üşüdəcək

Avropa bizi üşüdəcək
  27 Mart 2013    Oxunub:1370
Avropada müşahidə olunan anomal hava şəraiti Azərbaycana da gəlib çıxacaq.
Bu barədə Day.az saytına Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, hazırda Avropada Skandinaviya antisiklonu hökm sürür.

"Yaxın 2-3 gün ərzində həmin antisiklonun Rusiyanın cənubuna gələcəyi proqnozlaşdırılır. Bu antisiklon Azərbaycana birbaşa təsir etməyəcək, lakin yaxın iki-üç gün ərzində ölkəmizdə qeyri-sabit hava şəraitinin müşahidə olunacağı gözlənilir", - o əlavə edib.

QHT forumunun ekoloji departamentinin koordinatoru Telman Zeynalov isə bildirib ki, əgər şimal və ya şimal-qərb küləyi müşahidə olunursa, deməli, soyuq hava olacaq. Əgər cənub küləyi əsirsə, deməli, isti hava olacaq.

"Əgər Rusiyada soyuq hava müşahidə olunursa, bu hava Azərbaycana da gəlib çıxa bilər. Mart və aprel aylarında Azərbaycanda qar yağacağını istisna etmirəm. Əgər xatırlayırsınızsa, ötən il mayda Şamaxıya qar yağmışdı. Bu il də apreldə hava dəyişkən olacaq", - o əlavə edib.


Teqlər:  





Xəbər lenti