“Gürcüstan Rusiyaya hesabat verməyəcək”

 “Gürcüstan Rusiyaya hesabat verməyəcək”
  27 Mart 2013    Oxunub:1657
Gürcüstan ABŞ-la birgə hərbi təlimlərə başlayacaq.
Gürcüstan hökuməti Amerika Birləşmiş Ştatları ilə birgə həyata keçirməyə hazırlaşdığı təlimlərlə bağlı Rusiyanın bəyanatlarına münasibət bildirib. Gürcüstan Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunur ki, rəsmi Moskvanın Gürcüstanla bağlı qərəzli mövqeyi qəbuledilməzdir. Tiflis Rusiyanın hərbi təlimlərlə bağlı narahatlığını əsassız sayır.

Müdafiə naziri İrakli Alasaniya da məsələ ilə bağlı mövqeyini açıqlayıb. O bildirib ki, Gürcüstan müstəqil dövlətdir və atacağı addımlara bağlı heç bir dövlətə hesabat vermək məcburiyyətində deyil.


Teqlər:





Xəbər lenti