Fəlsəfə İnstitutunda boş yerlər
Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu bəzi vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.
AzVision.az AMEA-nın saytına istinadən məlumatına görə, vakant yerlər “Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses” şöbəsi üzrə baş elmi işçi - 1 yer, “Politologiya və siyasi sosiologiya” şöbəsi üzrə aparıcı elmi işçi - 1 yer, “Cinayət hüququ və cinayət prosesi” şöbəsi üzrə aparıcı elmi işçi - 1 yerdir.
Müsabiqədə elmlər doktorları və fəlsəfə doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən bir ay müddətində müvafiq ünvana göndərilməlidir.