“Yaxın günlərdə universitetin ünvanı məlum olacaq”

“Yaxın günlərdə universitetin ünvanı məlum olacaq”
  27 Mart 2013    Oxunub:1398
“İnformasiya Texnologiyaları Universitetinin harada tikiləcəyi yaxın vaxtlarda müəyyənləşəcək”
AzVision.az-a açıqlamasında bu sözləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya Cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev deyib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər gedir.

“Nizamnamələr aidiyyatlı orqanlara göndərilib. Yaxın vaxtlarda bütün rəylər toplanacaq və yekun qərar qəbul ediləcək”-deyə, nazirliyin rəsmisi əlavə edib.

Qeyd edk ki, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında qeyd etmişdi ki, yaradılması planlaşdırılan universitetdə dərslər bu ilin sentyabrından başlamalıdır.

Xatıradaq ki, Prezident İlham Əliyev “Azərbaycanda İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında” sərəncam imzalayıb.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti