Baş nazir deputatı qovdu - VİDEO

 Baş nazir deputatı qovdu - VİDEO
  27 Mart 2013    Oxunub:2058
Ukraynanın baş naziri deputatı nazirlər kabinetinin iclasından qovub və daşqınlara hazırlaşmağı əmr edib.
Ukraynanın baş naziri Nikolay Azarov müxalif partiyanın deputatı Serqey Kaplini nazirlər kabinetinin iclasından qovub. Belə ki, hökumət başçısının çıxışından sonra xalq deputatı digər çıxışçıların sözlərini kəsməyə başlayıb. Bu Azarovu bərk qəzəbləndirib və o, deputatın dərhal iclasdan çıxarılmasını tələb edib.

“Siz Ali Radanın işinə mane oldunuz indi isə hökumətin işinə mane olmağa çalışırsınız - deyə Azarov yüksək tonla ona bildirib – Gözətçilər, mən bütün məsuliyyəti öz üzərimə götürürəm, onu zaldan çıxarın! İclasın sirk meydanına çevrilməsinə yol verməyəcəm!” Baş nazir deputatların bundan sonra onun icazəsi olmadan iclasa buraxılmayacağını bildirib.

Bu arada Ukraynanın baş naziri ölkədə gözlənilən daşqınlara qarşı qabaqlayıcı tədbirlər görülməsi barədə tapşırıq verib. Qeyd edək ki, Ukraynada yağan güclü qar əriməyə başlayıb. Bu səbəbdən ölkədə güclü daşqınlar gözlənilir.

AzVision




Teqlər:  





Xəbər lenti