Polşalılar hökumətə qarşı çıxdı

Polşalılar hökumətə qarşı çıxdı
  27 Mart 2013    Oxunub:1655
Polşada 100 mindən artıq işçi tətil elan edib
Avropanın bir sıra ölkələrində tüğyan edən tətillər artıq Polşaya da sıçrayıb.Ölkənin cənubunda yerləşən Silez əyalətində 100 mindən artıq dövlət qulluqçusu tətil elan edib. Ölkənin iri sənaye regionunda həyat bir neçə saatlıq dayanıb. Şaxtaçılar, zavod fəhlələri, energetika və nəqliyyat işçiləri hökumətdən böhran və işsizliklə mürazidə təcili tədbirlər görməyi tələb edib.

Aksiyanı təşkil edən əsas Həmkarlar İttifaqları tətillərin davam etdiriləcəyini bildiriblər. Hökumət etirazçıların tələblərinə laqeyd yanaşarsa, ölkəni kütləvi etiraz dalğası bürüyəcəyi bildirilir.


Teqlər:  





Xəbər lenti