Siemens qardaşlarının Azərbaycandakı izi - VİDEO

Siemens qardaşlarının Azərbaycandakı izi - VİDEO
  28 Fevral 2014    Oxunub:8710
AzVision.az xəbər verir ki, Türkəl TV-nin əməkdaşları 1864-cü ildə Azərbaycana gələn Siemens qardaşlarının Gədəbəydəki izlərini görüntüyə alıblar.

Həmin reportajı təqdim edirik:

Siemenslər əvvəlcə istehsal üçün lazım olan şəraiti yaradıblar. Bu əcnəbi sənayeçi-sahibkarlar XIX əsrin ikinci yarısından XX əsrin ikinci onilliyinədək Mis dağında mis mədəni, eləcə də Qalakənd kəndində misəritmə zavodları, digər sənaye və yaşayış tikililəri inşa ediblər. Yaxınlıqdakı mədəndən çıxarılan suxurlar emal olunmaq üçün buraya gətirilib. Emal üçün yaradılan avadanlıqlar qalmasa da, zavodun divarları və yeri bu günə kimi qalmaqdadır.

Burada Siemens qardaşları tərəfindən salınmış onlarla körpü var. Qalakənd kəndindəki zavodun nəqliyyat əlaqəsini yaratmaq üçün dəmir yolu xətti çəkilməli idi. Bir sıra yerlərdə məsələn, dərə və çay keçidlərində bu işin başa gəlməsi üçün körpülər salmaq zərurəti yaranıb. Yerlərə müvafiq şəkildə inşa edilən körpülər 7-8 tağdan ibarətdir.

Deyilənə görə, tağların sayı bəzi yerlərdə 10-12-yə də çatırmış. 7 tağlı olan bu körpüdə o dövrün nadir memarlıq nümunələrindəndir. Dərin dərənin üzərində salınan körpünün hündürlüyü təxminən 8 metrdi. Körpülərin əksəriyyətində indi də piyada hərəkəti mümkündür. Bu yerlərdə uçqunların qarşısını əvvəlcədən almaq üçün dəmir yolu xətti boyu bəndlər də inşa olunub. Bu günə kimi gəlib çatan tikilidə balaca iş otaqları, maaşların verilməsi üçün kassa, o dövrə məxsus seyf var.

Otaqlarda üzərində alman dilində yazılan sözlər olan böyük sobalar varki buda həmin otaqların isidilməsi üçündür. Təkcə bu sobalar deməyə əsas verir ki, bu tikililər və Siemenslərdən qalan hər şey gözəl memarlığa və orginalığa malikdir. Deyilənə görə həmin dövürdə buraya işləmək üçün 1000-lərlə alman gəlib. Həmin almanlar, özləri üçün böyük məhələ salıblar. Lakin sakinlər digər yerlərdə də onların yaşayış yerləri, evləri olduğunu dedilər.




Teqlər:  





Xəbər lenti