Polis gizli nişan mərasiminin qarşısını aldı

Polis gizli nişan mərasiminin qarşısını aldı
  05 Aprel 2021    Oxunub:1509
Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayon sakini Eynulla Quluyevin şəhər ərazisindəki kafelərin birində qonaqların iştirakı ilə öz övladına nişan məclisi təşkil etdiyi müəyyən edilib.

E. Quluyev və iştirakçılardan 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, digər iştirakçılara isə xəbərdarlıq edilib.

Azvision.az


Teqlər: Bərdə   Nişan   Cərimə  





Xəbər lenti