Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan
Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 29 nəfər saxlanılan şəxs barəsində inzibati qaydada tədbir görülüb. Restoran sahibi barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 4000 manat miqdarında cərimə edilib.
bundan başqa, İmişli İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Göbəktala kənd sakini Rövşən Məmmədov yaşadığı evin həyətində qonaqların iştirakı ilə öz övladına nişan məclisi təşkil etdiyi müəyyən edilib.
R. Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, məclisin iştirakçılarına isə xəbərdarlıq edilib.
Azvision.az