Polis koronavirusa yoluxan sakinləri ziyarət etdi

Polis koronavirusa yoluxan sakinləri ziyarət etdi
  07 Aprel 2021    Oxunub:1192
Gədəbəy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirus testinin nəticəsi pozitiv çıxan, ev şəraitində müalicə alan rayon sakinlərini ziyarət edib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, xüsusi dəst geyinən və müəyyən edilmiş tibbi qaydalara riayət edən polis əməkdaşları ziyarət zamanı vətəndaşlarla profilaktik söhbətlər aparıb, onlara sağalana qədər yaşayış yerlərini tərk etməmələri bildirilib.

Hər hansı bir sosial və digər bir məsələlərlə bağlı DİN-in “102 Zəng Mərkzi” xidmətinə və ya Gədəbəy RPŞ-yə müraciət edə biləcəkləri vurğulanıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti