Fatma Hüseynovanın evinə girən oğru tutuldu

Fatma Hüseynovanın evinə girən oğru tutuldu
  07 Aprel 2021    Oxunub:2850
Sabirabad rayon sakini Fatma Hüseynova Sabirabad RPŞ-yə ərizə ilə müraciət edərək mart ayı ərzində onun evindən 28 min manat civarında pulun oğurlanması barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a bildirilib ki, müraciətlə əlaqədar olaraq RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinın Sabirabad rayon sakini, əvvəllər məhum edilmiş Elşən Umudov saxlanılıb.

Dindirilmə zamanı E. Umudov törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti