Elmar Məmmədyarov Gürcüstana yola düşdü

Elmar Məmmədyarov Gürcüstana yola düşdü
  28 Mart 2013    Oxunub:1411
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana səfərə gedib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə,səfərin məqsədi bu gün Batumidə Azərbaycan, Türkiyə və Gürcüstanın XİN rəhbərləri Elmar Məmmədyarovun, Əhməd Davudoğlunun və Mayya Pancikidzenin keçiriləcək növbəti üçtərəfli görüşünə qatılmaqdır.

Görüşdə 2013-2015-ci illər üçün əməkdaşlıq planı qəbul olunacaq. Əməkdaşlıq planına uyğun olaraq 3 ölkə tərəfindən hazırlanmış konkret layihələrin həyata keçiriləməsi nəzərdə tutulur.

Bunlar əsasən iqtisadiyyat, energetika, ətraf mühitin qorunması, mədəniyyət, təhsil idman və gənclər kimi sahələri əhatə edir.

Görüşün sonunda üç ölkənin XİN rəhbərləri yekun protokol imzalayacaqlar.




Teqlər:  





Xəbər lenti