Şuşada talış seperatizmi

Şuşada talış seperatizmi
  28 Mart 2013    Oxunub:3765
Erməni ziyalıları: “Azərbaycandakı digər etnik qruplar üçün də addımlar atacağıq”
Martın 20-dən işğal altında olan Şuşa şəhərində “Talışıstanın səsi” adlı radio yayımlanmağa başlayıb. Radionun yaradılmasında əsas məqsəd Azərbaycanda yaşayan talışları Azərbaycanın əleyhinə təşkilatlandırmaqdır. AzVision.az-ın məlumatına görə, radioda gün ərzində talış mahnıları və onların mədəniyyətinə aid mövzular müzakirə olunur. Radionun təqdimat videolarında isə Azərbaycanın cənub torpaqları və Dağlıq Qarabağ ərazisi qırmızı rənglə işarələnərək ayrıca bölgə kimi göstərilib.

Bir çox erməni yazarları yeni yaradılan radio ilə bağlı açıqlama veriblər. Onlar adı çəkilən radio vasitəsilə talış xalqınının məruz qaldığı təzyiqləri dünyaya çatdırmaq istədiklərini bildiriblər. Bunun açıq şəkildə Bakıya qarşı atılan addım olduğunu dilə gətirən yazarlar, Azərbaycandakı digər etnik qruplar üçün də analoji addımlar atacaqlarını söyləyiblər.

Azərbaycan mətbuatında iddia olunur ki, radio aparıcılarının danışıq tərzinin linqivistik analizinin nəticəsi güman etməyə əsas verir ki, həmin şəxslər İran ərazisində yaşayan talışlardır. Ehtimal olunur ki, həmin radio şirkətində İran vətəndaşı olan talışlar çalışır.

Lakin, məsələ ilə bağlı İran İslam Respublikasının Azərbaycandakı səfirliyi “Talışıstanın səsi” adlı radio yayımlamağa başlaması ilə əlaqədar açıqlama yayaraq, həmin radionun İranla əlaqəsi olduğunu təkzib edib.

“İran İslam Respublikası Azərbaycanın ərəzi bütövlüyünü tanıyır və Azərbaycanın müstəqilliyinə xələl gətirə biləcək fəaliyyətlərə qarşıdır. İrana qarşı olan bəzi İran vətəndaşları da dünyanın bir çox KİV-lərində fəaliyyət göstərməkdədir və belə şəxslərin “Talışıstanın səsi” adlı radioda da olması onların İranla əlaqədar oluğu anlamına gələ bilməz”.

Qeyd edək ki, hər il Ermənistanın paytaxtı İrəvanda Talış Konfransı keçirilir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti