Neftçala sakini qohumuna atəş açdı

Neftçala sakini qohumuna atəş açdı
  09 Aprel 2021    Oxunub:1342
Neftçala rayonunda xuliqanlıq hadisəsi olub.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 8-də rayonun Həsənabad qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Ağayev xuliqanlıq zəminində qohumu Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Abasov istiqamətində ov tüfəngindən havaya atəş açıb. Xəsarət alan olmayıb.

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Ağayev saxlanılıb və ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “TOZ” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti