Masallı sakinini döyüb pulunu aldılar

Masallı sakinini döyüb pulunu aldılar
  09 Aprel 2021    Oxunub:1986
Masallı rayonunda quldurluq hadisəsi olub.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinə müraciət edən əvvəllər məhkum olunmuş R.Nəcəfov aprelin 7-də Sərçuvar kəndi ərazisindəki kafedə naməlum şəxslərin onu döyərək baş nahiyəsinə şüşə qabla xəsarət yetirib, 1 870 manat pulunu aldıqlarını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xıl kənd sakinləri H.Hüseynov və R.Nurəliyev müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti