“Avtoş Rasim” həbs edildi
Toplanmış materiallar Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Rasim Şükürov İnzibati Xətalar Məcəlləsinin 511.1-ci (avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə) maddəsi ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.
Azvision.az
Teqlər: DİN