“İsrafil Ağa” hamamının sahibi həbs olundu
Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək obyekt işçiləri və müştərilərdən ibarət 6 şəxsi polis şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. İştirakçılarından 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.
Hamamın sahibi Eldəniz Əzimov barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəminin qərarı ilə obyekt sahibi 10 sutka müddətinə inzibati qaydada həbs edilib.
Azvision.az