Saatlıda gecə işləyən çayxana aşkarlanıb

Saatlıda gecə işləyən çayxana aşkarlanıb
  11 Aprel 2021    Oxunub:3073
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayonun Sarıcalar kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, 3 nəfər barəsində inzibati qaydada protokol tərtib edilib.

Azvision.az


Teqlər: DİN   Çayxana  





Xəbər lenti