Balakəndə nişanda iştirak edənlər cərimələndi

Balakəndə nişanda iştirak edənlər cərimələndi
  12 Aprel 2021    Oxunub:1608
Balakəndə nişan mərasimi keçirənlər inzibati məsuliyyətə cəlb ediliblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə İtitala kəndində yerləşən fərdi yaşayış evində sanitar-karantin qaydalarının pozulması ilə müşahidə edilən nişan mərasimi keçirilməsi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman kənd sakini Səməd Abdullayevin 30-dan artıq qonağının iştirakı ilə qızına nişan mərasimi təşkil etdiyi aşkarlanıb. Polislər tərəfindən ev sahibi, qonaqlar və məclisi təşkil edən şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Azvision.az



Teqlər: DIN   Balakən  





Xəbər lenti