Türkiyə ilə İsrail arasında yeni böhran

Türkiyə ilə İsrail arasında yeni böhran
  28 Mart 2013    Oxunub:1386
Türkiyə ilə İsrail arasında Mavi Mərmərədə ölən türklərə görə üzr məsələsindən sonra yeni böhran başlaya bilər.
Yeni böhranın bu dəfəki səbəbi isə hadisə zamanı qətlə yetirilən türklərin ailələrinə ödəniləcək təzminatla bağlıdır. Bildirilir ki, Ankara hər ölən vətəndaşı üçün Təl-Əvivdən 1 milyon dollar tələb edir. Lakin Təl Əviv bu məbləğlə razılaşmır. İsrail hökuməti ölənlərin hər birinə görə yalnız 100 min dollar verməyə razıdır. Hələ ki, məsələ rəsmilər tərəfindən şərh olunmur.

Bu arada Qəzzanın blokadasının aradan qaldırılması ilə bağlı Fələstin tərəfi İsrail qarşısında şərt qoyub. Şərtə görə Qəzzada fəaliyyət göstərən iri limanlardan biri Türkiyənin ixtiyarına veriləcək və Ankara bura gələn bütün yüklərə nəzarət edəcək. Hətta İsrail hücumu zamanı dağıdılan Qəzza hava limanı da türklər tərəfindən yenidən inşa ediləcək.


Teqlər:





Xəbər lenti