Xocavənddə çəkilən şəkil ilin ən yaxşıları arasında - FOTOLAR

 Xocavənddə çəkilən şəkil ilin ən yaxşıları arasında -  FOTOLAR
  17 Aprel 2021    Oxunub:12446
“Əl-Cəzirə” “World Press Photo-2021”-in seçdiyi ən təsirli fotoları dərc edib.
Azvision.az xəbər verir ki, ilin ən yaxşı fotoları kimi təqdim edilən bu görüntülər professional fotoqrafların media üçün çəkdiyi şəkillər arasından seçilib.

Dünya mətbuatında yayımlanmış maraqlı və təsirli fotolar sırasında Azərbaycanın Xocavənd rayonunda çəkilən şəkil də var. Həmin fotonu “Sputnik”in əməkdaşı Valeri Melnikov İkinci Qarabağ müharibəsi yekunlaşandan sonra çəkib. İlin qalibi seçilən fotoların bəzilərini təqdim edirik:


Fatimə və oğlu qayıqda balıq torunu ova hazırlayır - Yəmən
12 fevral 2020-Pablo Tosko (Argentina)



Kaliforniya dəniz aslanı tibbi maskaya doğru üzür. ABŞ - Monterey, Kaliforniya 19 noyabr 2020. Ralf Peys (ABŞ)



Xocavənd ərazisində çəkilən raket - Valeri Melnikov. "Sputnik" (Rusiya)



Təhlükəsiz yerə gətirilən Zürafə. Qərbi Kenya, 3 dekabr 2020 - Аmi Vitale CNN üçün (ABŞ)



Fotoqrafın qızı Merel yaxınlıqda uçan göyərçinin eyvana qonmasından sonra gizlənməyə çalışır. Vlardinqen-Niderland. 6 аprel 2020 - Casper Dust (Niderland)



Kişi və qadın Linkoln Parkdakı memorialın sökülməsi mövzusunda fikir ayrılıqlarını ifadə edərkən çəkilən foto. 25 iyun 2020-ci il. Vaşinqton - Evelin Haukşteyn "Washington Post" üçün (ABŞ)



Yanğınsöndürənlər Beyrutdakı anbarlardan birinin partlamasından sonra başlayan yanğının genişlənməsinin qarşısını alır. Livan, 4 avqust 2020 - Lorenso Tunoli (İtaliya)



Keçmiş amerikalı dəniz piyadası 35 yaşlı Torrel Casper evinin qarşısında özünün alovsaçan silahını təqdim edir. ABŞ, Şrivere-Luiziana ştatı 14 aprel 2019. Keçmiş amerikalı dəniz piyadası - Qabriel Qalimberti "National Geographic" üçün (İtaliya)

Tural Tağıyev
Azvision.az


Teqlər: Foto   Əl-Cəzirə  





Xəbər lenti