Ermənilər zibil içində boğulur

Ermənilər zibil içində boğulur
  28 Mart 2013    Oxunub:1857
Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşan ermənilər antisanitar şərait içərisində yaşayırlar.
Öz zibillərindən necə yaxa qurtara bilməyən ermənilərin boş-boş toplantılar,“zibil məsləhətləşmələri” keçirsələrdə xeyri olmur. Qondarma qurumun nümayəndəsi Artur Ağabekyanın sözlərinə görə, vəziyyət o qədər ciddidir ki, 1 ayda bu məsələ ilə bağlı 10-cu iclas keçiriblər. Əksər kəndlərin zibilxanaya çevrildiyini deyən Ağabekyan, Azərbaycanın saf təmiz təbiəti ilə məşhur Şuşa şəhərinin də zibilliklərlə mühasirəyə alındığını bildirib. O, zibildən qurtula bilmədiklərini etiraf edib.

Küçələrdə qalaq-qalaq yığılıb qalan tullantıların iyindən nəfəs alamağa çətinlik çəkən ermənilər antisanitar vəziyyətdən zara gəliblər. Arada bir yandırsalar da erməni millətinin pintiliyi problemdən yaxa qurtarmağa imkan vermir. Sakinlər zibilləri hara gəldi atırlar.

Antisanitar vəziyyət Dağlıq Qarabağda artıq bir sıra xəstəliklərin yayılmasına səbəb olub. Kəskin viruslara yoluxma halları, dəri xəstəlikləri sürətlə artır. Bu xəstəliklər uşaqlar arasında xüsusilə geniş yayılıb. Separatçı rejimin nümayəndələri həmişə olduğu kimi bu dəfə də Ermənistan rəhbərliyinə müraciət edib. Amma hələ ki, Sərkisyan hökumətinin səsi çıxmır. Bu laqeydlik əbəs yerə deyil. Axı həmin torpaqlar onların deyil...


Teqlər:  





Xəbər lenti