Xaricdə kurs keçmək istəyən həkimlərin nəzərinə

Xaricdə kurs keçmək istəyən həkimlərin nəzərinə
  28 Mart 2013    Oxunub:2401
Səhiyyə Nazirliyi xarici ölkələrdə ixtisasartırma kursları təşkil edilir
Bu barədə AzVision.az-a nazirliyin mətbuat xidmətindən məlumat veriblər. Bildiriblər ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən səhiyyənin prioritet sahələri (kardiologiya, cərrahiyyə, anesteziologiya və reanimatologiya, qastroenterologiya, travmatologiya və ortopediya, urologiya və uşaq urologiyası, neonatologiya və pediatriya, vizual diaqnostika, mama-ginekologiya, psixiatriya, laboratoriya işi və otolarinqologiya) üzrə gənc tibb mütəxəssislərinin bilik və bacarıqlarının artırılması məqsədi ilə ixtisasartırma kursları təşkil olunur. 2013-cü il ərzində kursların təşkili əsasən Türkiyənin, Almaniyanın və s. ölkələrin aparıcı klinikalarında həyata keçiriləcək.
Kurslarda iştirak üçün əsas tələblər:

Yuxarıda adıçəkilən ixtisaslar üzrə 45 yaşadək 3 il iş stajı və xarici dillərə (ingilis, alman, türk və rus) yiyələnmiş mütəxəssislər:

Bakı şəhəri üzrə dövlət xəstəxanalarında habelə bölgələr üzrə Perinatal Mərkəzlərdə və Mərkəzi Rayon Xəstəxanalarında işləyən mütəxəssislər müraciət edə bilərlər

Müraciətlər 1 aprel -1 may 2013-cü il tarixlərində Səhiyyə Nazirliyinin 246 nömrəli otağında qəbul olunur

Kurslarda iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- kadrların şəxsi uçot vərəqəsi + 1 şəkil (3x4)

- tibb universitetinin diplomunun sürəti

- internatura haqqında şəhadətnamənin sürəti

- əmək kitabçasının sürəti

- Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri təkmilləşdirməsi İnstitutunun və digər təkmilləşdirmə kurslarının şəhadətnaməsinin sürəti



Teqlər:  





Xəbər lenti