Putinlə Mursinin görüşündə çaşqınlıq

Putinlə Mursinin görüşündə çaşqınlıq
  28 Mart 2013    Oxunub:1820
Tərcüməçinin səhvi hər kəsi çaşdırıb.
Misir prezidenti Məhəmməd Mursi və Rusiya prezidenti Vladimir Putin BRİKS sammiti çərçivəsində görüşüblər. Görüş zamanı Misir prezidenti Putinə Rusiya qazının Misirə nəqlini təklif edib. Lakin tərcüməçi səhvən Mursinin Rusiyaya Misir qazının nəql edilməsini təklif etdiyini deyib.

“Rusiya ilə qaz sahəsində əməkdaşlıq sahəsində yeni səhifə açmaq eləcə də Misir qazının Rusiyaya nəql edilməsini istərdim” –deyə İTAR-TASS agentliyi Misir prezidentinin sözlərinə istinadən yazıb.

Lakin bir qədər sonra mətbuat Rusiyanın xarici işlər naziri Serqey Lavrova istinadən həmin xəbərin əksini dərc edib. Lavrovun sözlərinə görə ”Mursi Rusiya qazının Misirə nəqlində maraqlıdır”. O bildirib ki, belə bir çaşqınlığın səbəbi tərcüməçinin səhvi olub.
Qeyd edək ki, görüş zamanı tərəflər iki ölkə arasındakı qarşılıqlı münasibətlərin inkişafından razılıq ifadə ediblər.


Teqlər:





Xəbər lenti