Ankara bələdiyyəsi Xocalı soyqırımını tanıdı

Ankara bələdiyyəsi Xocalı soyqırımını tanıdı
  28 Mart 2013    Oxunub:1320
“Ankara şəhərinin Kızılcahamam Bələdiyyə Məclisi yekdilliklə Xocalı Soyqırımının tanınması haqqında qərar qəbul edilib”
AzVision.az-a bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.

Sözügedən qərarda 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilən soyqırımın unudulmaması, bu insanlığa sığmayan soyqırımın gələcək nəsillərə və bəşəriyyətə çatdırılmalı olduğu qeyd edilmiş və bu acı, vəhşiliklə törədilmiş soyqırımın əbədiləşdirilməsinin vacibliyi vurğulanıb.

Qərarda, həmçinin, Xocalıda ermənilər tərəfindən törədilən bu soyqırımın ermənilər üçün tarixi qara bir ləkə olduğu qeyd edilmiş, bu vəhşiliyin bir nəslin yox edilməsi aktı olduğu vurğulanmış və bu cinayəti törədilənlərin cəzalandırılmasının vacibliyi xüsusi qeyd edilib.



Teqlər:  





Xəbər lenti