“Erməni Soyqırımına tüpürmək belə istəmirəm!”

 “Erməni Soyqırımına tüpürmək belə istəmirəm!”
  28 Mart 2013    Oxunub:1577
Şarl Aznavur RTS kanalına müsahibəsində belə deyib

AzVision.az-ın verdiyi məlumatına görə, Ermənistan İsveçrədə, BMT-də və UNESCO-da səfiri, məşhur müğənni Şarl Aznavurun İsveçrənin RTS kanalına müsahibəsində dediklərini həzm edə bilmir. Lakin necə deyərlər, ox yaydan çıxıb. RTS kanalına müsahibə verdiyi zaman söhbət guya 1915-ci ildə törədilmiş faciəvi hadisələri Türkiyənin etiraf edib - etməyəcəyi məqama köklənəndə müğənni səfir deyib: "Mən genosid sözünə tüpürmək belə istəmirəm".

Aznavurun sözlərinə Ermənistan-İsveçrə parlamentlərarası qrupu da münasibət bildirib. Onlar Aznavuru söylədiklərinə görə tənqid ediblər.

Qeyd edək ki, onun müsahibəsindən bir neçə gün sonra Ermənistan nümayəndəliyi İsveçrədə İnsan Hüquqları Şurasında qondarma genosidlə bağlı ”mühüm” qətnamə təklifi irəli sürməyi planlaşdırırlar.

AzVision.az


Teqlər:  





Xəbər lenti