İrandan Ermənistana gediş azalıb

İrandan Ermənistana gediş azalıb
  28 Mart 2013    Oxunub:1400
“İrandan Ermənistana turist axını 43% azalıb”
AzVision.az xəbər verir ki, bu sözləri Şərqi Azərbaycanın Nəqliyyat və Terminallar İdarəsinin müdir müavini Əyyub Nəcəfi deyib. Onun sözlərinə görə, Norvuz tətilində İran İslam Respublikasından Ermənistana turist axını keçən ilə nisbətən 43% azalıb.

Ə.Nəcəfi bildirib ki, 15 mart və 24 mart arasında İslam Respublikasından Norduz gömrük məntəqəsi vasitəsilə Ermənistana səfər edənlərinin sayının 7151 nəfərdir və bu rəqəm keçən illə müqayisədə 43% azdır.

Eyni zamanda Əyyub Nəcəfi qeyd edib ki, 15 mart və 24 mart arasında İran və Azərbaycan Respublikası arasındakı Culfa gömrüyü vasitəsilə səfər edən turistlərin sayı 34723 nəfər olub və bunlardan yalnız 1310 nəfəri İran vətəndaşıdır.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti