İsa Həbibbəyliyə yeni vəzifə verildi

İsa Həbibbəyliyə yeni vəzifə verildi
  05 Mart 2014    Oxunub:1488
Bu gün Yeni Azərbaycan Partiyasının Elm və təhsil komissiyasının ilk iclası keçirilib. Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü, BDU-nun rektoru Abel Məhərrəmov iclasın gündəliyi haqqında məlumat verib.
Partiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, A.Məhərrəmov 2014-cü il üçün komissiyanın iş planının müzakirə mövzusu olduğunu deyib.

A.Məhərrəmov bildirib ki, YAP İdarə Heyətinin qərarı ilə bir çox sahələri əhatə edən 12 komissiya yaradılıb: «Onlardan biri də Elm və təhsil komissiyasıdır. Hesab edirəm ki, gənclərin, ziyalıların gücündən və savadından istifadə edərək elmi daha da inkişaf etdirməliyik. Bu mənada düşünürəm ki, cənab Prezident İlham Əliyevin elmin, təhsilin inkişaf etdirilməsi ilə bağlı verdiyi bütün sərəncamlara ciddi dəstək verilməlidir».

İclas iştirakçıları çıxış edərək komissiyanın 2014-cü il üçün iş planı haqqında fikir və təkliflərini bildiriblər. Müzakirələrdən sonra YAP-ın Elm və təhsil komissiyasının 2014-cü il üçün iş planı təsdiq olunub.

Daha sonra təşkilati məsələlərə baxılıb və AMEA-nın vitse-prezidenti, YAP Siyasi Şurasının üzvü, akademik İsa Həbibbəyli komissiyanın sədr müavini, İsmayıl Əliyev isə komissiyanın elmi katibi seçilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti