İyunda “Fulya” filminin çəkilişlərinə başlanacaq
Kinostudiyadan bildirilib ki, “CNN Türk” telekanalının jurnalisti, İkinci Qarabağ müharibəsi zamanı həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynamış Fulya Öztürk haqqında sənədli film “DADA Film Prodakşn” ilə birgə istehsal olunacaq.
Filmdə Fulya Öztürkün və teleoperatorun çəkdiyi, yayımlanmamış 11 saatlıq videomateriallardan istifadə ediləcək.
Filmin ssenari müəllifi və rejissoru Tahir Əliyevdir. Çəkilişlər İstanbulda – “CNN Türk”də başlayacaq, daha sonra Gəncə, Tərtər, Bərdə, Füzulidə davam edərək Şuşada yekunlaşacaq.
Azvision.az
Teqlər: “Fulya”filmi