Tələbələr daha çox nazirliyə nədən şikayət edirlər? - RƏSMİ
Bu müddətdə Təhsil Nazirliyinin Facebook səhifəsinə, ümumilikdə, 326 sual daxil olub və ali təhsillə bağlı bütün suallar şərhlər vasitəsilə cavablandırılıb.
Facebook istifadəçilərinin sualları, əsasən, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, bərpa olunması və akademik məzuniyyət götürməsi (33 faiz), bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili (22 faiz), təhsilalma formasının dəyişdirilməsi (7 faiz), ali təhsil haqqında sənədin tanınması (6 faiz), Azərbaycan Müəllimlər İnstitutunun filiallarının fəaliyyəti (5 faiz), təhsil haqqı (2 faiz), xaricdə təhsil (2 faiz) və digər məsələləri əhatə edib.
Bu tədbir geniş ictimaiyyət arasında ölkədə ali təhsilin inkişafı ilə bağlı aparılan islahatlara böyük marağın olmasını bir daha üzə çıxardı. Təhsil Nazirliyi əhalinin bütün təbəqələrinin fikirlərinə xüsusi önəm verərək bu ənənəni davam etdirmək, gələcək fəaliyyətində konstruktiv təklifləri nəzərə almaq niyyətindədir.
Sevinc İltifatqızı