Universitetə hücum: 12 ölü

Universitetə hücum: 12 ölü
  28 Mart 2013    Oxunub:1324
Dəməşqdə universitetin kafesi mərmi atəşinə məruz qalıb.
Suriyanın paytaxtı Dəməşqdə universitet minaatanlardan atəşə tutulub, nəticədə 12 nəfər həlak olub.“BBC”yə əsasən, bu barədə Suriya dövlət televiziyası xəbər verib.

Telekanalın məlumatına görə, bir neçə mərmi tələbə kafesinə tuş gəlib. APA bildirir ki, yayılmış videoçarxlarda universitetin sınmış pəncərələri, yerdə isə qan gölməçələri əks olunub.

Dövlət KİV-lərinin məlumatına görə, Azad Suriya Ordusundan olan üsyançılar yeni silah-sursat əldə etdikdən sonra Suriya paytaxtında döyüşləri fəallaşdırıb. Hal-hazırda Dəməşqin şimal-şərqində üsyançılarla hökumət qüvvələri arasında qızğın döyüşlər davam edir.


Teqlər:  





Xəbər lenti