Metroda yaranan problemin səbəbi

Metroda yaranan problemin səbəbi
  29 Mart 2013    Oxunub:1615
Bakı metrosunda səhər saatlarında vaqonların hərəkətində yaranan problemə aydınlıq gətirilib
Bakı Metropoliteninin baş mühəndisi Fuad Tağızadə Trend-ə bildirib ki, vaqonların hərəkət cədvəlində problemə səbəb yeni gətirilən vaqonların birində elektrik qidalanma sistemində yaranan nasazlıq olub və qatar gərginlikdən açılıb. Ona görə də vaqonların hərəkətində problem yaranıb.

Onun sözlərinə görə, həmin vaqon xəttdən aparıldıqdan sonra digər vaqonların hərəkəti bərpa olunub.

Tağızadə qeyd edib ki, yeni gətirilən vaqonların test rejimində işləməsi zamanı indiyə qədər hər hansı problem yaranmamışdır. Yeni vaqonda yaranan texniki problem araşdırılacaq.

Qeyd edək ki, bu gün səhər saatlarında metronun "20 Yanvar" və "İnşaatçılar" stansiyası istiqamətində sərnişinlər vaqonlardan boşaldılıb. Vaqonlar tünellərdə 10-15 dəqiqə qalıb.



Teqlər:  





Xəbər lenti