Qəzetlər nədən yazır

Qəzetlər nədən yazır
  29 Mart 2013    Oxunub:1801
Bizim yol

“Əli Kərimli namizədliyini verməsə, İsa Qəmbər vahid namizəd olacaq”


“Əgər Əli Kərimli namizədliyini irəli sürməyəcəksə, artıq İsa Qəmbər vahid namizəd olacaq”. Bunu APA-ya açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı deyib. G.Aslanlı bildirib ki, İctimai Palataya daxil olan partiyaların prezidentliyə namizədləri müəyyənləşdikdən sonra bu namizədlər arasından vahid namizəd seçiləcək: “Əli Kərimli namizədliyini irəli sürərsə, onda vahid namizəd məsələsi müzakirə oluna bilər. Namizədlərin sayı müəyyənləşdikdən sonra vahid namizəd bu namizədlər arasından seçiləcək”. AXCP Ali Məclisinin sədri Həsən Kərimov da deyib ki, İP-in vahid namizədi hələ müzakirə mövzusu deyil və seçkilərə az müddət qalmış bu mövzu öz həllini tapacaq

Unikal

Müxalifət liderləri nəyi bölə bilmir?


Ölkədə hakimiyyət uğrunda siyasi mübarizə gedir və prezident seçkiləri yaxınlaşdıqca bu qansız mübarizə daha da bayağılaşır, dadsızlaşır. Siyasi mübarizə əksər hallarda müxalifətlə iqtidar arasında baş verir. Bizdə isə müxalifət özü ilə daha çox mübarizə aparır. Bu “öldürülməmiş ayı” isə yenə də vahid namizəd problemidir. Məsələn, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamalın Rəsul Quliyev barədə “xaricdə oturub müxalifətçilik edir” fikrinə münasibət bildirən ACP lideri daxili müxalifəti fəaliyyətsizlikdə ittiham edib.

Müxalifətdən yeni təklif

Prezident seçkiləri yaxınlaşdıqca siyasi qüvvələrin manevri və təbliğat kompaniyası daha da genişlənir. Və buna paralel olaraq bel bir iddia da səsləndirilir ki, bu seçkilər kifayət qədər mürəkkəb olacaq və bu səbəbdən iqtidarla-müxalifət dayanmadan dialoqa başlamalıdırlar. Müxalifətdən dialoqla bağlı yeni təklif gəlib. “İctimai Palatanın hazırladığı “Demokratikləşmənin yol xəritəsi” proqramı reallaşsa, dialoqla bağlı durğunluğa son qoya bilər”. Bu sözləri İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn iqtidar-müxalifət münasibətlərindəki “dialoq böhranı” nı şərh edərkən bildirib. Müxalifət dəfələrlə bəyan edib ki, Seçki Məcəlləsində dəyişikliklər olsun və MSK-ın tərkibi yenidən formalaşdırılsın. Artıq seçkilərə də çox az zaman qalıb və bu işlərə yenidən başlamaq faktiki mümkünsüzdür.


Gündəm Xəbər

Milli Şura tapmacası


Milli Şura yaratmaq ideyasını kinodramaturq və yazıçı Rüstəm İbrahimbəyov irəli sürmüşdü. Bu il başlar-başlamaz səsləndirilən fikirdə bütün demokratik qüvvələrin eyni qurumda birləşdirilməsi hədəf götürülmüşdü. Daha bir müddət sonra hələ düşüncələrdə olan yeni qurumun başlıca missiyası da açıqlandı – prezidentliyə vahid namizəd irəli sürmək. Seçki ilində ortaya atılan bu fikir heç də birmənalı qarşılanmadı. Milli Şuranın yaradılması ilə bağlı siyasi və ictimai qurumlarla müzakirələr apardıqlarını deyən Ziyalılar Forumunun üzvü Eldəniz Quliyev prosesin indiki mərhələsindən razıdır. Amma o, bəzi çətinliklərə diqqət çəkir:
«Danışıqlar ağır gedir. Ötən 20 ildə bizim siyasi liderlərin xasiyyətlərinə ambisiyalar elə hopub ki, bu xasiyyətlərindən uzaqlaşmaq onlara çox çətindir. Eldəniz Quliyev Hər necə olsa da, bir neçə aparıcı partiya ilə danışıqlarımız ümid verir və bu səbəbdən də müzakirələrimiz davam edəcək. AXCP sədri Əli Kərimli Milli Şura ideyasının reallaşmasını mümkün sayır: «Rüstəm İbrahimbəyovun adından bizimlə müzakirələrə başlanılıb. Hələ söhbət ilkin mərhələdən gedir. Hələ ad da şərtidir, ortalıqda hər hansı siyahı da yoxdur. Əli Kərimli Əsas məsələ odur ki, ölkənin mühüm siyasi qüvvələrini, vətəndaş birliklərini, ziyalılarını, gənc liderlərini bir araya gətirən birlik formatı tapılsın. Biz bu ideyaya pozitiv yanaşırıq.

Söyün Sadıqovla bağlı şok iddia

Bir müddət əvvəl Rusiyada yaşayan azərbaycanlı milyarderlərin bir araya gəlib "Milyarderlər İttifaqı” yaratması Azərbaycanın siyasi həyatına bomba kimi düşdü. Bir çoxları hesab etdi ki, Rusiya, xüsusən də Vladimir Putin Gürcüstanda olduğu kimi, Azərbaycanda da milyarderlərdən birini hakimiyyətə gətirəcək. Hətta uzun illərdi Rusiyada fəaliyyət göstərən "AzərRos" prezidenti Söyün Sadıqov belə Azərbaycan hakimiyyətinin əleyhinə fikirlər səsləndirməklə, müəyyən təzyiqləri üzərinə çəkdi. Sən demə bütün bunlar qurma imiş və S.Sadıqov uzun illərdi rəhbərlik etdiyi təşkilatı təhvil vermək istəyir. Buna səbəb olaraq da həm biznes fəaliyyətini, həm də siyasi partiya yaratmaq istəyini göstərir.
Məlumata görə, S.Sadıqov azərbaycanlı milyarderlərlə razılığa gəlib və belə bir görüntünün yaradılmasını qərarlaşdırıb. Amma Rusiya rəhbərliyinin niyyəti həqiqətən də Azərbaycan hakimiyyətinə qarşı basqılardan ibarət olub.
Azərbaycan Respublikasının baş nazirinin sabiq müavini Abbas Abbasovun Azərbaycana səfəri və ölkə prezidenti ilə görüşünün pərdə arxası tərəfləri də elə bundan ibarətdir ki, Rusiyada fəaliyyət göstərən hər hansı bir təşkilata Azərbaycan vətəndaşının prezident seçilməsi qeyri-qanuni olduğundan, təşkilat daxilində Ağsaqqallar Şurası yaratmaqla "AzərRos"a rəhbərliyi ələ almaq olar. Bu yöndə razılıq əldə olunmaqla, A.Abbasov təşkilatın Ağsaqqallar Şurasının sədri seçilib. O, qurumun yeganə söz sahibidir. Amma buna baxmayaraq "AzərRos"un prezidenti yenə də S.Sadıqovdu. Yəni, S.Sadıqov təşkilatdan kənarda deyil. Əsas məsələ isə ondan ibarətdir ki, "AzərRos" Azərbaycan iqtidarına qarşı müxalif mövqedə deyil.

Rəsul Quliyev zərbə aldı

Açıq Cəmiyyət Partiyasının (ACP) iki üzvü partiyadan istefa verərək “El” Hərəkatına qoşulmaqla bağlı bəyanatla çıxış edib. Hərəkatın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ACP Ali Məclisinin sədr müavini, İdarə Heyətinin üzvü Feyruz Quliyev və Ali Məclis və İdarə Heyətinin üzvü Oqtay Mirzəyev partiyadan istefa verərək “El” Hərəkatına keçiblər. ACP sədrinin sabiq müavini, partiyanın Ali Şurasının və İdarə Heyətinin keçmiş üzvü Nizami Məmmədov da “El” Hərəkatına qoşulub. Bununla əlaqədar APA-ya açıqlama verən ACP sədri Sülhəddin Əkbər həmin şəxslərin partiyada aktiv fəaliyyət göstərmədiyini və onların istefa verərək “El” Hərəkatına qoşulmasından xəbərsiz olduğunu deyib.



Yeni Müsavat

Vahid Əhmədov Söyün Sadıqovu təkzib etdi


Rusiyada yaradılan “Milyarderlər ittifaqı”nın üzvü Söyün Sadıqov prezident Vladimir Putinin rəhbərlik etdiyi Millətlərarası Münasibətlər Şurasının tərkibində olan Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin saytına müsahibəsində Azərbaycanda etnik azlıqların, xüsusilə də ləzgilərin sıxışdırılması və onlara “ölkənin siyasi sistemində təmsil olunmaq üçün imkan yaradılmaması” mövzusunda açıqlama verib. Azərbaycanda ləzgilərin kompakt yaşadığı rayonlardan biri olan Qubanın deputatı Vahid Əhmədov da Azərbaycanda milli azlıqlara, o cümlədən ləzgilərə qarşı heç bir ayrı-seçkilik, sıxışdırılma olmadığını bildirdi. Hesab edirəm ki, bu cür milli mənsubiyyətlə bağlı söz-söhbətlərə son qoymaq lazımdır. Azərbaycan vətəndaşlığı olan istənilən şəxs milli mənsubiyyətindən asılı olmayaraq vəzifəyə də gətirilir, deputat da seçilir.


İki nazirin vağzal davası

Maliyyə Nazirliyi Nəqliyyat Nazirliyinin Bakı Dəmiryolu Vağzalının Biləcəriyə köçürülməsinə dair təqdim etdiyi layihəni büdcənin investisiya xərclərinə salmaqdan imtina edib. Bu ilin dövlət büdcəsi tərtib olunan zaman nazirlər Samir Şərifovla Ziya Məmmədov arasında böyük narazılıq yaranıb. Qaynağın bildirdiyinə görə, maliyyə naziri layihənin real dəyərindən dəfələrlə çox qiymətləndirilməsini əsas gətirərək büdcədən pul ayrılmasına qarşı çıxır. Belə ki, nəqliyyat naziri yeni dəmir yolu vağzalının tikintisi üçün büdcədən 1 milyard manat istəyib. Maliyyə naziri yaxın çevrəsinə “bir gün bunun məsuliyyətini məndən soruşan tapılacaq, belə işə qol qoymaq olmaz” deyib. Ziya Məmmədov layihə ilə bağlı dövlət başçısı ilə görüşərək razılıq almaq niyyətindədir.



Teqlər:





Xəbər lenti