“KQB-dən gedəndən sonra bunu tərgitmişəm”

“KQB-dən gedəndən sonra bunu tərgitmişəm”
  29 Mart 2013    Oxunub:1594
“Başqalarının söhbətinə gizlicə qulaq asmaq yaxşı şey deyil. Mən KQB-dən gedəndən sonra bu adətimi tərgitmişəm”.
Prezident Putin bu barədə Rusiya Xalq Cəbhəsi üzvləri ilə görüşü zamanı deyib. Konfrans iştirakçıları ilə ünsiyyət zamanı İnsan hüquqları üzrə şuranın üzvü Yana Lantrova prezidentə maraqlı sualla müraciət edib. Lantrova Rusiyada yuvenal ədliyyə (Yuvenal ədliyyə - yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi) mexanizminin işə düşməsi ilə bağlı narazılığını ifadə edib. Hüquq müdafiəçisi bununla bağlı iki azyaşlı uşağın söhbətindən misal gətirib, uşaqlardan biri digərinə bir qədər “səbr etməyi” və valideynlərdən şikayət etmək hüququ verən qanunun qüvvəyə minməsini gözləməyi məsləhət görüb.

Putin hüquq müdafiəçisinin bu söhbəti necə eşitməsi ilə maraqlanıb və Lantrova təsadüfən Sankt Peterburqdakı meydançaların birində uşaqların söhbətinə qulaq asdığını etiraf edib.

“Başqalarının söhbətinə qulaq asmaq yaxşı deyil. Mən bunu hələ KQB-dən çalışdığım zamanlarda başa düşmüşəm, sonra da tərgitmişəm”,-deyə Putin gülümsəyərək bildirib və Lantrovaya bu cür mühim sosial problemlərə toxunduğu üçün təşəkkür edib.



Teqlər:  





Xəbər lenti