Ermənistan demoqrafik böhranın astanasında

Ermənistan demoqrafik böhranın astanasında
  29 Mart 2013    Oxunub:1830
“Rusiyaya axın Ermənistanın gələcəyini məhv edəcək”
Ermənistanı bürüyən demoqrafik böhranın miqyası getdikcə daha da genişlənir. Əhali ölkədən qaçır. Erməni ekpertlər bu fikirdədir.

Ölkəni bu bəladan xilas etmək üçün Avropa İttifaqının ”Dövrü miqrasiya və reinteqrasiya” proqramı çərçivəsində ayırdığı “ 1 milyon avroluq yardımı da kara gəlməyib. Nəzərə alsaq ki, bu yardım yalnız 2.5 il üçün nəzərdə tutulub, Ermənistanın sonrakı vəziyyətinin daha acınacaqlı olacağı gözlənilir. Çətin ki, bu müddət ərzində erməni hökuməti problemin həllini tapa bilsin.
Məsələ ilə bağlı Yerevanda keçirilən mətbuat konfransında müxtəlif fikirlər səsləndirilib.

Ermənistanın Mərkəzi Bankının keçmiş direktoru iqtisadçı Baqrat Asatryan əhalinin ölkədən miqrasiyasının hələ bir neçə il davam edəcəyini bildirib. Asatryan həmçinin Ermənistanın demoqrafik tənəzzülün eşiyində olduğunu qeyd edib. Onun sözlərinə görə yaxın 5-6 ildən sonra Ermənistan tarixində ilk dəfə olaraq ölənlərin sayı yeni doğulanların sayından çox olacaq, başqa sözlə desək ölkədə əhalinin sayı azalacaq. Analıq qabiliyyətinə malik qadınların sayının azalması da qaçılmaz olacaq.

Beynəlxalq araşdırma təşkilatları tərəfindən həyata keçirilən sorğuların nəticələrinə istinadən Asatryan bildirib ki, təxminən 1 milyon erməni öz gələcəyini Ermənistanın hüdudlarında, əsasən Avropa İttifaqı ölkələrində görür. Qonşu ölkələrdə öz həyatını xarici ölkələrlə bağlamaq niyyətində olan insanların sayı daha azdır. Belə ki, Gürcüstanda yalnız 250 min, ölkəmizdə isə 500 min belə insan var.

Erməni ekspert Rusiyanın “Həmvətənlər” proqramını da tənqid edib. Bəyan edib ki, bu proqramın dövlətin iradəsinə qarşı, qeyri-qanuni şəkildə həyata keçirilməsi davam edir: “Yerevanda ermənilərin Rusiyaya miqrasiyasını təşkil edən qurumlar fəaliyyət göstərir”.

Ölkədəki əksər ekspertlər Rusiyaya axının Ermənistanın gələcəyini məhv edəcəyindən əmindir. Öz növbəsində Ermənistan parlamentinin keçmiş deputatı, iqtisadçı Vardan Bostancyan Ermənistanda miqrasiyanın hazırki miqyası ölkənin milli təhlükəsizliyinə zərbə vura bilər. İqtisadçı çıxış yolunu hər şeydən əvvəl işsizlik və yoxsulluq problemlərinin həllində görsə də, hazırki vəziyyətdə bunun Ermənistan üçün elə də asan olmadığı aşkardır.

AzVision.az


Teqlər:  





Xəbər lenti