Prezidenti təhqir edə biləcəklər

Prezidenti təhqir edə biləcəklər
  29 Mart 2013    Oxunub:1782
Bundan sonra Fransa prezidentini təhqir etdiyinə görə heç kəs həbs olunmayacaq.
132 illik qanun layihəsi Fransa parlamentinin Qanun Komissiyası tərəfindən Nümayəndələr Palatasının müzakirəsinə təqdim olunub. Fransalı deputatlar hesab edir ki, prezidenti təhqir etməyə görə həbs “Avropa İnsan Haqları barədə Qanun”a ziddir. Qərar senatın razılığından sonra ləğv olunacaq.

Bununla da Fransada istənilən şəxs dövlət başçısını təhqir etmək hüququ əldə edəcək. Buna görə heç kim həbs edilməyəcək.

Qeyd edək ki, keçmiş prezident Nikola Sarkozinin hakimiyyəti dövründə sözügedən qanun layihəsindən dəfələrlə istifadə olunub. Sarkozini təhqir edən bir neçə nəfərin həbsi, Fransada kütləvi etirazlara səbəb olub.


Teqlər:  





Xəbər lenti