YAP: “Nobeli Əkrəm Əylisliyə verməyəcəklər”

 YAP: “Nobeli Əkrəm Əylisliyə verməyəcəklər”
  11 Mart 2014    Oxunub:920
Nobel mükafatını Əkrəmə heç kim verməyəcək

Dünyanın bir sıra ictimai xadimləri azərbaycanlı yazıçı Əkrəm Əylislini 2014-cü il Nobel sülh mükafatına namizəd göstəriblər. Onlar Ə.Əylisini Azərbaycan və Ermənistan arasındakı münasibətlərdən bəhs edən “Daş yuxular” əsərinə görə mükafata namizəd göstəriblər.

AzVision.az məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlıdan münasibət öyrənib.

“Əkrəm Əylisli “Daş yuxular” adlı yazı yazanda biz demişdik ki, Əkrəm bu cür yazılarla ermənipərəst dairələri, erməniləri özünə cəlb edir və hansısa mükafatı almaq iddiası ilə öz millətinə, xalqına, vətəninə qarşı zidd yazı yazır. Mən onun yazdığına ancaq yazı deyirəm, ona roman, povest, hekayə demirəm. Ona cızma-qara demək olar”-deyə, deputat qeyd edib.

Millət vəkilinin sözlərinə görə, Əkrəm Əylisli ilə balı dedikləri indi özünü doğruldur: “İndi bizim bu dediklərimiz özünü doğruldur. Ermənilərin himayə etdiyi adamlar, erməni lobbisinə bağlı olan adamlar Əkrəm kimilərini axtarırlar ki, onu qabağa çəksinlər. Kim Azərbaycanın əleyhinədirsə, ermənilər onlara dəstək verirlər və biz indi bunu gördük”.
Mübariz Qurbanlı qeyd edib ki, bu cəfəng addım, iddia və təklifdir: “Mən əminəm ki, Nobel kimi mükafatı verən komissiya o cür bir məqaləyə görə Əkrəmə hansısa mükafatı versin. Təkliflər həmişə çox olur. Bilirsiniz ki, Nobel Sülh Mükafatına da müxtəlif adamların adları çəkilir. Ona görə də əminəm ki, Nobel mükafatını Əkrəmə heç kim verməyəcək və bu cür çağırışlar elə çağırış olaraq da qalacaq”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti